25 baxış
Bu yazını paylaşın
İctimai

İşçiyə fərdi əmək mübahisəsi halında belə əməkhaqqının gecikməsinə görə ödəniş ediləcək – QƏRAR

18 May 2023

Konstitusiya Məhkəməsi işçiyə fərdi əmək mübahisəsi zamanı belə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edib.

TELEJURNAL  xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib və Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsini istəyib.

Qəbul olunan qərarda deyilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi,hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…