44 baxış
Bu yazını paylaşın
Dünya

İşçi çatışmazlığı İtaliyanın şimalında problemə çevrilib

26 Aprel 2022

İtaliyanın şimalındakı Valtellina bölgəsi xüsusilə sənətkarlıq və qastronomiya sahələrində kadr çatışmazlığından əziyyət çəkir. Buna səbəb həmin sahələrdə bacarıqlı işçilərin yüksək maaşa üstünlük verərək İsveçrəyə üz tutmasıdır.

“TELEJURNAL” AZƏRTACA istinadən xəbər verir ki, işçi çatışmazlığı İtaliyanın şimalında böyük problemə çevrilib. Sənətkarlıq müəssisələri və restoran sahibləri işçi çatışmazlığı səbəbindən sifarişləri qəbul edə bilmədiklərindən və ya qonaqlara yemək təqdim edə bilmədiklərindən şikayətlənirlər.

İsveçrədə bəzi sektorlarda maaşlar İtaliyadan üç dəfədək yüksəkdir. İtalyanlar da İsveçrədə yüksək maaşa üstünlük verdikləri üçün ölkənin şimalında işçi baxımından vəziyyət kəskin şəkildə dəyişməyə başlayıb. Valtellinadan 6 minədək insanın işləmək üçün İsveçrəyə getdiyi bildirilir

Val Chiavenna şəhərində 5046 nəfərin çalışdığı 1440 şirkətin qeydiyyatdan keçdiyi açıqlanıb. Demək olar ki, hər üç şirkətdən biri işçi axtarır və tapa bilmir.

Bildirilir ki, bir neçə il təcrübəsi olan dülgərə bu bölgədə 3000 avroyadək maaş təklif olunur, həmin işçilər İsveçrədə isə 4500 avro maaş ala bilərlər. Təlim keçmiş ustanın maaşı İsveçrədə 7000 avroya yaxındır. İtaliyada ofisiant kimi ayda orta hesabla 1600 avro qazanan bir şəxs İsveçrədə fabrikdə işləyərsə bundan üç dəfə çox qazanc əldə edə bilər.

Mütəxəssislərə görə, əgər vəziyyət belə davam edərsə bölgənin şəhərləri boşalacaq və iqtisadi struktur məhv olacaq. İtalyan sahibkarlar bu vəziyyətlə mübarizə aparmaq üçün dövlətdən dəstək gözləyirlər. Sərhəddə yerləşən şirkətlər üçün vergi güzəştləri tətbiq edilərsə, sahibkarlar ümid edirlər ki, bu vəsait işçilərə maaş kimi veriləcək və beləliklə də İsveçrəyə “işçi köçü”nün qarşısı alınacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…