499 baxış
Bu yazını paylaşın
Dünya

İrəvandakı “Surmalu” bazarının anbarında yanğın davam edir

15 Avqust 2022

Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan İrəvandakı “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayışdan sonra ərazidəki son durumu açıqlayıb.

“TELEJURNAL.AZ” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, nazirin sözlərinə görə hazırda 18 nəfərin axtarışı davam etdirilir.

Yaralananlardan 23-ü müxtəlif xəstəxanalara yerləşdirilib.

Pambuxçyan qeyd edib ki, anbarda hələ də pirotexniki materiallar, eləcə də tez alışan plastik məmulatlar qalır: “Bir neçə gün ərzində yanğınlar baş verə bilər, xilasedicilər buna hazırdır. Hazırda yalnız anbarın ərazisi yanır, qalan ərazilərdə yanğın söndürülüb. Xilasedicilərin işinə gəlincə, dünən hadisə yerində 350 nəfər işləyirdisə, hazırda onların sayı 70-ə yaxındır”.

Nazir həmçinin söyləyib ki, 7 xilasedici müxtəlif dərəcəli bədən xəsarəti alıb: “Onlardan 2-si xəstəxanaya yerləşdirilib, digərlərinə yerindəcə tibbi yardım göstərilib”.

Qeyd edək ki, avqustun 14-də “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın nəticəsində 6 nəfər ölüb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…