504 baxış
Bu yazını paylaşın
İctimai

İrəvan xanının nəticəsi ilə görüş keçirilib

03 Sentyabr 2022

                

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “İrəvan xanlığı – Azərbaycan tarixinin şanlı səhifəsi” adlı tədbir keçirilib. Təşkilatın sədri İradə Rizazadə tədbiri açaraq onun mahiyyəti barədə məlumat verib və təşkilatın dəvəti ilə Azərbaycana gələn İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvanini qonaqlara təqdim edib.

Birlikdən TELEJURNAL-a verilən məlumata görə görüşdə AMEA Tarix İnstitunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov və t.f.d Elçin Qarayevin “İrəvan xanlığının Azərbaycan tarixində rolu” mövzusunda məruzələri dinlənilib, tarixçi alimlər və vətəndaş cəmiyyətini təmsil edən digər şəxslər çıxış edərək, tariximizin qızıl səhifəsi barədə fikirlərini ifadə ediblər.

İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslinin davamçısı Əmir Əli Sərdari İrəvani öz nəsil şəcərəsindən, ulu babalarının hakimiyyətdə olduğu dövrdə fəaliyyətindən bəhs edib, eyni zamanda Azərbaycanda olduğu müddətdəki təəssüratlarını bölüşüb.

İrəvan xanının nəticəsi Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qarabağa səfərinin onun həyatında, yaddaşında silinməz izlər qoyduğunu və bu gün tarixi şəxsiyyətlərin, tanınmış nəsillərin  xaricdə yaşayan varislərinin ana vətənlərinə gətirilməsinin nə qədər böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Tədbir iştirakçıları Əmir Əli Sərdari İrəvaninin Qarabağa səfərinə həsr olunmuş “Vətən uzaqda deyil” proqramına tamaşa edib və sonda qonaq jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…