56 baxış
Bu yazını paylaşın
Dünya

İrəvan tezliklə sülh müqaviləsi ilə bağlı öz cavab təkliflərini Bakıya təqdim edəcək – Paşinyan

16 Mart 2023

 

“Ermənistan sülhün bərqərar olmasına sadiqdir”.

TELEJURNAL xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. Onun sözlərinə görə, İrəvan tezliklə Bakının sülh müqaviləsi ilə bağlı növbəti təkliflərinə öz müşahidələrini təqdim edəcək.

O xatırladıb ki, Ermənistan bu yaxınlarda Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb və bununla da müzakirələrin 4-cü mərhələsinə keçib.

“Yaxın vaxtlarda müzakirə edib müşahidələrimizi təqdim edəcəyik. Biz sülh gündəminə sadiqik və ondan kənara çıxmayacağıq”, – deyə Paşinyan əlavə edib.

Eyni zamanda, baş nazir beynəlxalq ictimaiyyətin diqqətini 9 noyabr tarixli üçtərəfli bəyanatın 8-ci bəndinə və erməni əsirlər, məhbuslar və digər şəxslərə yönəldib.

Xatırladaq ki, sülh müqaviləsi üzərində iş prosesi 2022-ci ilin martında Azərbaycanın Ermənistana 5 bəndlik sənədi təhvil verməsi ilə başlayıb. Bundan sonra İrəvan və Bakı sazişin yekun variantı ilə bağlı təkliflərini mübadilə edirlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…