92 baxış
Bu yazını paylaşın
İctimai

“İrəli” İB tərəfindən elan olunan “Rəqəmsal Ay” başa çatıb

30 Aprel 2022

“İrəli” İctimai Birliyi tərəfindən yeniliyə və aktiv fəaliyyətə can atan gənclər üçün elan olunan “Rəqəmsal Ay” başa çatıb.

Birlikdən məlumat verilib ki, “Rəqəmsal Ay” 25 mart – 25 aprel tarixlərini əhatə edib. Bu müddət ərzində müxtəlif mövzularda onlayn formatda 21 mütəxəssisin iştirakı ilə 23 maarifləndirici təlim və görüş, 2 kampaniya təşkil olunub ki, bu tədbirlərdə ümumilikdə 1042 gənc yaxından iştirak edib. Təlim mövzularına gənclərlə iş, qurumlarda insan resurslarının rolu, könüllülük və təşəbbüskarlıq, natiqlik sənəti, startapların qurulması, oyunlaşdırma və öyrənmə analitikası, brend arxetipləri, gənclərin ixtisas seçimi və digər bu kimi geniş istiqamətlər daxildir.

“Rəqəmsal Ay” çərçivəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar görüş və tvitter kampaniyası, habelə tətil günlərində gənclərdə mütaliə vərdişlərini formalaşdırmaq məqsədilə “Tətildə Oxu” aksiyası da baş tutub.

Qeyd edək ki, “Rəqəmsal Ay” artıq üçüncü ildir ki, həyata keçirilir. Layihənin əsas məqsədi ənənəvi təhsil metodları ilə yanaşı rəqəmsal təhsil metodların da aktiv istifadəsinə nail olmaq və beləliklə ən ucqardakı gənclərimizə çatmaq, onların da proseslərdə iştirakçılığını təmin etməkdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…