16 baxış
Bu yazını paylaşın
Dünya

İraq Türkiyədəki səfirini geri çağırıb.

21 İyul 2022

Rəsmi Bağdad İraqın Duhokun dağlıq ərazisində baş verən hadisə ilə əlaqədar Türkiyədəki səfiri Hişam Ali Akbar İbrahim Al-Alauyu geri çağırıb.

TELEJURNAL. az Report-a istinadən xəbər verir ki, məlumatı “Amerikanın səsi” yayıb.

Bildirilib ki, Türkiyə ərazisindən açılan artilleriya atəşi nəticəsində 8 nəfər ölüb, 23 nəfər yaralanıb.

“TRT Haber”in xəbərinə görə, Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalında mülki sakinlərin öldüyü hücumu PKK/YPG-PYD terror qruplaşmasının törətdiyini açıqlayıb. Qeyd olunub ki, PKK-nı təbliğ edən KİV Türkiyə Silahllı Qüvvələrin Duhokda keçirdiyi əməliyyat nəticəsində mülki şəxslərin öldüyünə dair yalan informasiya yayıb: “Terror qruplaşması mülki şəxsləri hədəfə alaraq bölgədəki kəndlərə, tarla və bağçalara hücum edir. Bəhs edilən hadisədə terrorçular tərəfindən törədilib”.

Rəsmi Ankara hadisənin araşdırılması üçün bütün imkanlardan istifadə ediləcəyini açıqlayıb. Türkiyənin Xarici İşlər Nazirliyi cinayəti törədənləri tapmaq üçün İraqı əməkdaşlığa çağırıb. Rəsmi Bağdad məsləhət üçün Türkiyədəki səfiri Hişam Ali Akbar İbrahim Al-Alauyu İraqa çağırıb.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçu PKK/YPG-PYD, İŞİD qruplaşmasına qarşı antiterror əməliyyat keçirir. İraqın bu bölgəsi kürd muxtar bölgəsidir. PKK qruplaşması diqqəti üzərindən yayındırmaq məqsədilə regiondakı mülki şəxslərə hücum edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…