25 baxış
Bu yazını paylaşın
Siyasi

İraq mətbuatı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən yazıb

22 Fevral 2022

İraq mətbuatında azərbaycanlı şərqşünas Həşim Məmmədovun “Qoşulmama Hərəkatı və Azərbaycan” sərlövhəli məqaləsi dərc olunub.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, “wp.me”, “Almadeennews.com”, “afkarhura.com” kimi internet resurslarında dərc olunan məqalədə Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyətindən bəhs olunur.
Məqalədə qeyd edilir ki, sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın ən nüfuzlu 10 beynəlxalq təsisatından biridir. Üzvlərinin sayına görə Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq məsələlərdə daim dəstəklənib. Hərəkat son on ildə ən qüdrətli çağını məhz Prezident İlham Əliyevin sədrliyi dönəmində keçirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın təşkilat üçün müfəssəl və ambisiyalı qlobal fəaliyyət planı hazırlaması, COVID-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, ölkəmizin pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəltməsi istiqamətində uğurları kimi səciyyələndirilir.
Yazıda vurğulanır ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun artması, beynəlxalq arenada söz sahibinə çevrilməsi təşkilata üzv ölkələrin də diqqətindən qaçmayıb. Məhz bu səbəbdəndir ki, üzv dövlətlər Azərbaycanın sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması barədə yekdilliklə qərar qəbul ediblər. Bu, həm də Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi, Hərəkat üzvləri tərəfindən Azərbaycanın dövlət başçısının qlobal liderlik səylərinə verilən yüksək qiymətdir. Azərbaycan öz növbəsində Qoşulmama Hərəkatına üzv ölkələrin bu etimadını yüksək qiymətləndirir və təşkilata sədrliyini uğurla davam etdirir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…