70 baxış
Bu yazını paylaşın
Dünya

İranın XİN başçısının köməkçisi Astanada Putinin nümayəndəsi ilə görüşüb

20 İyun 2023

İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş köməkçisi Əli Əsgər Hacı Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə görüşüb.

”Telejurnal,az” xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Məsləhətləşmələr Astana formatında (Rusiya, İran, Türkiyə) Suriya üzrə beynəlxalq görüş çərçivəsində aparılıb. Boqdanov və Əli Əsgər Hacı bölgədəki son hadisələri nəzərdən keçiriblər,

Dəməşq və Ankara arasında münasibətlərin normallaşmasına dair fikir mübadiləsi aparılıb, həmçinin Suriyadakı humanitar vəziyyəti müzakirə edilib.

Tərəflər regionda terrorla mübarizənin vacibliyini vurğulayıblar.

İranın IRNA agentliyinin məlumatına görə, xarici işlər nazirinin böyük köməkçisi türkiyəli həmkarı Burak Akçapar ilə də görüşüb.

Qeyd olunur ki, tərəflər Dəməşq və Ankara arasında münasibətlər bərpa olunana qədər danışıqların davam etdirilməsini müdafiə ediblər.

İran nümayəndələri Ərəb Respublikasının xarici işlər nazirinin müavini Ayman Susanın başçılıq etdiyi Suriya nümayəndə heyəti ilə də görüşüblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…