42 baxış
Bu yazını paylaşın
Uncategorized

İranın Qarabağdakı atəşkəslə bağlı açıqlaması

10 Oktyabr 2020

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif “Qarabağdakı atəşkəs sülhə doğru bir addımdır” dedi.

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif, Moskvada keçirilən görüşlərdən sonra Azərbaycan və Ermənistan arasında elan edilmiş atəşkəsi alqışladıqlarını bildirdi.

“İran Dağlıq Qarabağdakı atəşkəsi sülhə addım kimi alqışlayır” deyə Zərif Twitter hesabında paylaşdı.

Rusiyaya atəşkəsin əldə edilməsində göstərdiyi səylərə görə təşəkkür edən Zərif bunları söylədi:

“Qonşularımız Azərbaycan və Ermənistanı beynəlxalq hüquqa və ərazi bütövlüyünə hörmət əsasında təməl dialoqa çağırırıq.”

Dünən Rusiyanın vasitəçiliyi ilə iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə həyata keçirilən və 10 saatdan çox davam edən görüşdə bir fikir birliyinə gələn atəşkəs bu gün yerli vaxtla saat 12: 00-da qüvvəyə mindi.

Ermənistan ordusu sentyabrın 27-də Azərbaycanın mülki yaşayış məskənlərinə hücum etdikdən sonra Azərbaycan ordusu əməliyyat keçirərək Cəbrayıl şəhərini, Hadrut qəsəbəsini və 30-dan çox kəndi işğaldan azad etdi.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…