22 baxış
Bu yazını paylaşın
İctimai

İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərilən 46 kq narkotik aşkarlanıb

21 İyul 2023

İrandan qaçaqmalçılıq yolu ilə göndərilən 46 kiloqram narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Sım kəndi ərazisində həyata keçirdikləri uğurlu əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Lənkəran şəhər sakini Elxan Həsənov saxlanılıb.

Onun idarə etdiyi avtomobilin yük yerinə baxış zamanı 46 kiloqram, o cümlədən 20 kiloqram tiryək, 20 kiloqram marixuana, 5 kiloqram heroin, 1 kiloqram metamfetamin, 2000 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Araşdırma zamanı E.Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsini şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə təşkil etdiyi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, E.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri polis əməkdaşları tərəfindən qətiyyətlə davam etdirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…