40 baxış
Bu yazını paylaşın
İqtisadi

İranda ətin qiyməti bahalaşıb

16 İyun 2023

İranda ətə tələbat kəskin azalsa da, bu ərzağın qiyməti bahalaşıb.

Telejurnal  xəbər verir ki, bu barədə “Amerikanın səsi” radiosunun farsca redaksiyası məlumat yayıb.

Bildirilib ki, son günlər Tehranın mərkəzində ətin qiyməti 500 000 tümənə (təxminən 12 dollar) çatıb. Bəzi yerlərdə isə bu qida məhsulunun bir kiloqramının qiyməti 350 000-400 000 tümən, yaxud 8,5-9,5 dollar təşkil edir.

Qarşıdan Qurban bayramı gəlir. Ətin qiymətinin yenidən bahalaşacağı da istisna olunmur. Məlumata görə, İranda kərə yağının da qiyməti 30 faiz bahalaşıb. Son aylarda qiymətlərin artması fəhlələrin, pensiyaçıların, müəllimlərin və büdcədən maliyyələşən başqa peşə sahiblərinin etirazlarına səbəb olub. Ən son misalda, Əhvazın bir sıra ictimai və dövlət təqaüdçüləri iyunun 14-də Xuzistan valiliyinin qarşısına toplaşaraq “İnflyasiya – insanların həyatının lənəti!”, “Biz ədalətdən başqa heç nə istəmirik!!”, “Biz hakimiyyətin sədəqəsini istəmirik!”, “Ey xalq düşmənləri, inflyasiyanı necə cilovlamaq olar!” kimi şüarlar səsləndiriblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…