42 baxış
Bu yazını paylaşın
Dünya

İran Yunanıstana etiraz notası verib

26 May 2022

Yunanıstanın müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki, notada İran bayrağı altında üzən yük gəmisinin Yunanıstan tərəfindən saxlanılmasının və yükünün müsadirə edilməsinin beynəlxalq dənizçilik qanunlarına zidd olduğu bildirilib. Yunanıstanın bu hərəkatı soyğunçuluq kimi qiymətləndirilir. Rəsmi Afina imzalanan beynəlxalq konvensiyaya görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və gəmini azad etməlidir. İran tərəfi Yunanıstandan düşünülmüş və konstruktiv addım gözləyir.

Yunanıstanın müvəqqəti işlər vəkili İran hökumətinin etirazını öz hökumətinə çatdıracağını bildirib.

Qeyd edək ki, İranın yüklə dolu ticarət gəmisi beynəlxalq normalara uyğun qaydada Yunanıstanın ərazi sularından keçərkən sahil mühafizə xidməti tərəfindən saxlanılıb.

Yunanıstan isə İrana qarşı tətbiq olunan sanksiyaları əsas götürərək bu addımı atdığını bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…