16 baxış
Bu yazını paylaşın
Siyasi

İran yeni nüvə obyekti tikməsi ilə bağlı xəbərləri təkzib edib

24 May 2023

İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Tehranın Zaqros dağlarında yeni nüvə obyekti tikməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Telejurnal xəbər verir ki, Eslami xəbərlərin heç bir əsası olmadığını deyib.

 

“Bu iddiaların hamısı tərəfimizdən rədd edilir və heç bir əsası yoxdur. İranın nüvə fəaliyyətləri AEBA-nın (Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi – red.) qaydaları və təminatlarına uyğundur və nə vaxt yeni fəaliyyətə başlamaq istəsə agentliklə lazımi razılaşmalar edir”, – deyə Eslami qeyd edib.

 

Qeyd edək ki, “Associated Press” İranın Zaqros dağları yaxınlığında yeni dağaltı nüvə obyekti tikdiyinə dair yazı dərc edib.

 

Agentliyin məlumatına görə, təsisat çox dərinlikdə yerləşir və onun dağıdılması ABŞ-ın ən müasir dizayn edilmiş silahları vasitəsi ilə belə mümkün deyil.

 

Bildirilib ki, məlumatlar ekspertlərin analizinə və agentliyin əldə etdiyi peyk görüntülərinə istinadən açıqlanıb.

 

“Planet Labs PBC”-ın yaydığı görüntülərdə İranın Natanz Nüvə Təsisatına yaxın dağda tunellər qazdığı göstərilir.

 

AEBA Tehrandan təxminən 225 kilometr cənubda yerləşən Natanzdakı tikinti ilə bağlı açıqlama verməyib. Natanz 20 ildir ki, beynəlxalq narahatlıq doğuran bir nöqtədir.

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…