45 baxış
Bu yazını paylaşın
Dünya

İran və Səudiyyə Ərəbistanının XİN rəhbərləri telefonla danışıb

27 Mart 2023

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və şahzadə Faysal bin Fərhan Əl Səud telefonla iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.

 

TELEJURNAL  xəbər verir ki, bu barədə bazar ertəsi İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İran XİN rəhbəri səudiyyəli həmkarı ilə telefon danışığı zamanı Tehran və Ər-Riyad arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmanı və iki yüksək rütbəli diplomatın gözlənilən görüşünü müzakirə edib”, – deyə nazirliyin “Twitter” səhifəsində dərc olunan mesajda bildirilir.

Səudiyyə Ərəbistanının mətbuat agentliyi cümə axşamı bildirib ki, nazirlər tezliklə görüşmək barədə razılığa gəliblər. Daha əvvəl Abdullahian deyib ki, o, şahzadə Faysalla neytral məkanda görüşməyi planlaşdırır. Onun sözlərinə görə, Tehran Ər-Riyada onların görüşünü təşkil edə biləcək üç ölkə təklif edib.

Qeyd edək ki, martın 10-da Səudiyyə Ərəbistanı və İran iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini açmaq barədə razılığa gəliblər. İki ölkənin nümayəndələri Pekində bir neçə gün danışıqlar aparıblar və ondan sonra üçtərəfli bəyanat hazırlayıblar.

Ər-Riyadla Tehran arasında münasibətlər 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə Ənsarullaha (husilərə) qarşı hərbi əməliyyat keçirməsi ilə gərginləşib. 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və onun Məşhəddəki konsulluğu Ər-Riyadda tanınmış şiə din xadimi Şeyx Nimr ən-Nimrin edam edilməsindən qəzəblənən nümayişçilərin izdihamı tərəfindən hücuma məruz qaldıqdan sonra krallıq İranla diplomatik əlaqələri kəsib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…