38 baxış
Bu yazını paylaşın
Dünya

İran və Səudiyyə Ərəbistanı dəniz ittifaqı yaratmaq niyyətindədir

03 İyun 2023

Yeni dəniz ittifaqına İran və Səudiyyə Ərəbistanı daxil olacaq.

”Telejurnal.az” in “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani deyib.

İrani İran televiziyasında çıxışı zamanı yeni dəniz ittifaqının yaradıldığını açıqlayıb.

“Bir sıra region ölkələri, o cümlədən İran və Səudiyyə Ərəbistanı Hind okeanının şimalında yeni dəniz koalisiyası yaratmağa hazırlaşır.

İran və Oman keçmişdə bir neçə müştərək dəniz təlimi keçirsə də, İran bildirib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, İraq, Pakistan və Hindistan da daxil olmaqla, digər ölkələr indi kollektiv dəniz əməkdaşlığına can atır.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı BƏƏ-nin Fars körfəzindəki ABŞ-ın rəhbərlik etdiyi dəniz koalisiyasından çıxdığını təsdiqləyib.

İrani bildirib ki, hazırda yeni regional və regiondankənar koalisiyalar yaradılır.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…