54 baxış
Bu yazını paylaşın
Dünya

İran ruslar üçün vizasız səfərlərə icazə verəcək

18 Mart 2023

“Rusların İrana vizasız qrup səfərləri sistemi yaxın vaxtlarda işə başlayacaq”.

TELEJURNAL  xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində İranın turizm, mədəni irs və sənətkarlıq nazirinin müavini Əli Əsgər Şalbafiyan deyib.

“Biz artıq bu məsələ üzərində işi (vizasız qrup səfərləri sistemi ilə bağlı) başa çatdırmışıq, razılaşmalar olub. Biz sadəcə olaraq Rusiya və İrandakı turizm agentliklərinin siyahılarını gözləyirik, çünki turizm agentliklərinin təsdiqlənməsi lazımdır. Bildiyimə görə, yazda artıq qərar qüvvəyə minəcək”, – deyə bununla bağlı suala cavab verərəkən qeyd edib.

Bundan əvvəl Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib ki, Rusiya və İran 2023-cü ildə ölkələr arasında vizasız turist səfərləri haqqında sazişi razılaşdırmağı planlaşdırır. Nazirin qeyd etdiyi kimi, ruslar arasında belə qruplar yaratmağı planlaşdıran turoperatorların siyahısı artıq razılaşdırılıb.

2022-ci ilin sentyabrında “Rosturizm”in rəhbəri vəzifəsində çalışmış Zarina Doğuzova bildirmişdi ki, agentlik İranla vizasız saziş çərçivəsində Rusiya turoperatorlarından müraciətlər toplamağa başlayıb. Doğuzova xatırladıb ki, 2021-ci ildə Rusiya və İran vətəndaşları üçün qarşılıqlı vizasız qrup turist səfərləri haqqında saziş qüvvəyə minib.

“Rosturizm”in çinlilərə bənzətməklə işləyib hazırladığı bu mexanizm Rusiya turoperatorlarına Rusiyada qəbul edib İrana 5 nəfərdən 50 nəfərə qədər turist qruplarını vizasız göndərməyə imkan verir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…