228 baxış
Bu yazını paylaşın
Siyasi

İran portalı Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik Bəyannaməsindən yazıb

26 Fevral 2022

İranın İRNA dövlət informasiya agentliyi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə barədə məqalə yayıb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, materialda bu Bəyannamənin region üçün faydalı olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Bəyannamədə iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq və qarşılıqlı fəaliyyətin davam etdirilməsi göstərilib.
Vurğulanıb ki, Prezident İlham Əliyev və Prezident Vladimir Putin tərəfindən imzalanmış bu sənədin müddəalarına uyğun olaraq, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlər qarşılıqlı fəaliyyət, müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına, qarşılıqlı hörmətə əsaslanır.
Sənəddə, həmçinin tərəflər arasında hərbi-siyasi əməkdaşlıq da nəzərdə tutulub ki, bu da regionda sülhün və əmin-amanlığın davamlı olması üçün zəmanət yaradır, beynəlxalq terrorçuluğa qarşı mübarizəni gücləndirir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…