325 baxış
Bu yazını paylaşın
İqtisadi

İran, Azərbaycan və Gürcüstan yeni nəqliyyat dəhlizi yaradır

08 Dekabr 2021

İran, Azərbaycan və Gürcüstan körfəz ilə Qara dənizi birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəliblər.

‘TELEJURNAL’ ‘AZƏRTAC’ -a istinadən xəbər verir ki, bu sözləri İranın Beynəlxalq Tranzit və Yükdaşımalar İdarəsinin baş direktoru Cavad Hidayəti deyib.

O bildirib ki, İranın Şərqi Avropa ölkələrinin bazarlarına çıxışı bu marşrutla həyata keçirilə bilər. Gürcüstan Qara dəniz sahilində 2 böyük limana malikdir. Bu limanlar vasitəsilə yüklər Şərqi Avropa ölkələrinə tez çatdırılır. Yüklər Astara gömrük-keçid məntəqəsindən Azərbaycana, oradan isə Gürcüstanın limanlarına daşınacaq. Burada söhbət Gürcüstanın Batumi və Poti limanlarından gedir ki, bu limanlarında Qara dəniz sahilindəki digər ölkələrin limanları ilə əlaqələri və marşrutları mövcuddur.

Qeyd edək ki, İran körfəz ilə Qara dənizi nəqliyyat baxımından birləşdirərək Şərqi Avropa ölkələri ilə ticarət dövriyyəsini artırmaq niyyətindədir və yüklərin Azərbaycan üzərindən daşımaq istəyi də təsadüfi xarakter daşımır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, müasir nəqliyyat infrastrukturu baxımından Azərbaycan regionun ən inkişaf etmiş dövlətidir. Magistral yolların, limanların, dəmir yolu xətlərinin müasir standartlara uyğun və təhlükəsizliyi təmin olunmaqla yenidən qurulması tranzit yükdaşımalarda ölkəmizə böyük üstünlük qazandırıb. Digər tərəfdən Gürcüstan ilə Azərbaycanın dostluq münasibətləri də dəhlizin açılması üçün zəmin yaradır.

https://azertag.az/xeber/Iran_Azerbaycan_ve_Gurcustan_yeni_neqliyyat_dehlizi_yaradir-1945926

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…