55 baxış
Bu yazını paylaşın
Müsahibə

“İran-Azərbaycan münasibətlərinin uzun müddət ziqzaqlı şəkildə davam edəcəyi məlumdur”

13 İyul 2023

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək. Artıq bu barədə tərəflər arasında razılaşma əldə olunub”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani jurnalistlərə nazir Əmir Abdullahianın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün detalları barədə məlumat verərkən belə deyib.

“Azərbaycanın İrandakı səfirliyi maksimum dərəcədə mühafizə olunur və yaxın gələcəkdə biz Azərbaycan səfirliyinin İranda fəaliyyətini görəcəyik. Azərbaycanın Tehrandakı səfirliyinin təhlükəsizliyi tam təmin olunacaq. İran öz məsuliyyətini dərk edir və məsuliyyətlə hərəkət edəcək”, – deyə iranlı diplomat əlavə edib.

Hazırkı mərhələdə İran- Azərbaycan münasibətlərini Telejurnal-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, İran xarici işlər nazirinin Bakıda keçirilmiş Qoşulmama Hərəkatının toplantısında iştirakı, Azərbaycan XİN rəhbəri və Prezidenti ilə keçirilən görüş sonunda verilən açıqlamalar onu göstərir ki, Azərbaycanla İran arasında münasibətlər 1 il əvvəlki dövrə nisbətən müəyyən qədər mülayimləşib: “Tərəflərin məsələlərə baxışlarında isə ciddi fərqlər qalmaqdadır. İran XİN rəhbərinin nümayəndəsinin bu açıqlamasını müsbət dəyərləndirmək olar. Ancaq verilən sözlərin əməldə praktiki həllini görmək istəyirik. Azərbaycan belə olduğu halda İranla əlaqələrinin normal məcrada inkişafında maraqlıdır.Tehral Azərbaycan müstəqilliyini qazanandan indiyə qədər öz siyasətini fərqli istiqamətdə qurub və Bakını özünə təhdid olaraq görüb. 30 illik işğal dövrü və ondan sonrakı dönəmdə də Ermənistana dəstəyini açıq şəkildə bəyan etməkdən çəkinməyib”.

Politoloq il yarım əvvəl Antalyada Azərbaycan-İran XİN rəhbərlərinin görüşündə məhz Zəngəzur dəhlizinə paralel istiqamətində İran ərazisindən də alternativ yolun çəkilməsi ilə bağlı tərəflər arasında imzalanan memoranduma diqqət çəkib:

“Hətta mətbuata verilən məlumata görə, orada həmin yolun keçəcəyi istiqamətdən körpü üçün Araz çayı üzərindən təməlin atılma mərasimi olub. Yəni, Azərbaycan Zəngəzur və Orta Dəhlizdən İranın da faydalanması üçün özünün konstruktiv mövqeyini ortaya qoyaraq münasibətlərin inkişafında maraqlı olduğunu göstərir. Azərbaycan-İran münasibətləri hələ uzun müddət ziqzaqlı şəkildə davam edəcək. Yəni, münasibətlər müəyyən dövr ərzində gah yumşalıb, gah gərginləşəcək. Əlaqələrin normallaşmasının əsas şərti İranın davranışları ilə bağlıdır. Əgər İran həqiqətən də Azərbaycanla münasibətləri konstruktiv məcraya keçirtmək istəyirsə, öz siyasətində dəyişikliklər etməlidir. Xüsusilə də özünün xarici siyasət konsepsiyasında Azərbaycanla bağlı olan müddəaları çıxartmalı, normal qonşuluq münasibətlərinə qayıtmalıdır. O zaman münasibətlərin müsbət məcrada davam edəcəyini söyləmək olar. Ancaq hazırda bu bir mərhələdir. Biz İranın davranışlarında daim olaraq ziqzaqlı mövqelər görmüşük. O baxımdan gələcəyə doğru hansısa nikbin proqnoz vermək çətindir. Ancaq bu münasibətlərin enişli-yoxuşlu olacağı dəqiqdir”.

 

Mehin Vəliyeva

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…