34 baxış
Bu yazını paylaşın
Dünya

İran AES-lərin istismarı təcrübəsini Türkiyə ilə bölüşməyə hazır olduğunu açıqlayıb

25 İyul 2023

İran nüvə mütəxəssislərinin hazırlanmasında, həmçinin atom elektrik stansiyalarının (AES) istismarı və onlara texniki xidmət sahəsində təcrübə mübadiləsinə Türkiyə ilə əməkdaşlığa hazırdır.

TELEJURNAL   xəbər verir ki, bu barədə İranın vitse-prezidenti, İran Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd İslami bildirib.

“AES-lərin tikintisi və istismarı sahəsində təcrübəmizi nəzərə alaraq, indi nüvə mütəxəssislərinin hazırlanmasında Türkiyə ilə əməkdaşlığa hazırıq və İAET-yə daxil olan şirkətlərin bu cür elektrik stansiyalarının istismarı, onlara texniki xidməti və onların təmiri sahəsində təcrübəsini Türkiyə ilə bölüşə bilərik”, – M.İslami Türkiyənin İrandakı səfiri Hicabi Kırlanqıç ilə görüşdə deyib.

O bildirib ki, düşmənlər iki ölkə arasındakı əlaqələrə xələl gətirməyə çalışırlar və bunun qarşısını almaq üçün müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək lazımdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…