349 baxış
Bu yazını paylaşın
İqtisadi

İqor Petrişenko: Belarus-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişaf tempini saxlamaq lazımdır

21 Yanvar 2022

Belarus-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişaf tempini saxlamaq lazımdır.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Belarus Baş nazirinin müavini İqor Petrişenko bu fikri Azərbaycanın Belarusdakı Fövqəladə və Səlahiyyətli Səfiri Ülvi Baxşəliyev ilə görüşdə söyləyib.
İqor Petrişenko deyib: “2021-ci ilin aprel ayında Belarus Prezidentinin Azərbaycana səfəri bizim birgə işimizə güclü təkan verib. Pandemiya ilə əlaqədar müəyyən məhdudiyyətlərə baxmayaraq, bütün istiqamətlər üzrə əməkdaşlıq inkişaf edir. 2021-ci ilin 11 ayı ərzində qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 800 milyon dollara yaxın olub. Bu, çox sanballı rəqəmdir – 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə demək olar ki, iki dəfə artım baş verib. Biz ticari-iqtisadi əməkdaşlığımızın tempini saxlamalıyıq”.
Onun sözlərinə görə, qarşılıqlı fəaliyyətin ən mühüm istiqamətlərindən biri sənaye kooperasiyasıdır. Belə ki, Gəncə Avtomobil Zavodunda Belarus texnikasının yığılması fəal inkişaf edir.
Baş nazirin müavini vurğulayıb: “Bundan əlavə, biz razılaşdıq ki, iki ölkənin layihə institutları infrastrukturun bərpası, aqroşəhərciklər yaradılması məsələlərini hərtərəfli araşdıracaqlar. Kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı məsələsi də aktualdır. Bizim aqrar idarələr fəal qarşılıqlı əlaqə saxlayır. Heyvandarlıq, süd emalı, bitkiçilik sahələrində qarşılıqlı fəaliyyətə dair konkret planlar nəzərdə tutulub”.
İqor Petrişenko xarici işlər nazirlikləri və parlamentlər arasında əməkdaşlığın, mədəniyyət, elm, təhsil, turizm sahələrində qarşılıqlı əlaqələrin inkişafını vurğulayaraq deyib: “Azərbaycan Prezidentinin təşəbbüsü ilə Gənclər Forumunun keçirilməsi məsələsini reallaşdırmağa hazırlaşırıq. Həmin forumun cari ilin fevral ayında keçirilməsi nəzərdə tutulub. Biz fikir mübadiləsi və qarşılıqlı əlaqələrin fəallaşdırılması məqsədilə foruma 20 nəfərdən çox üzvü olan nümayəndə heyəti göndərilməsini planlaşdırırıq. Azərbaycanda Belarus Mədəniyyəti Günləri, sonra isə Belarusda cavab tədbirləri keçirilməsi planlaşdırılır. Ümidvarıq ki, turizm sahəsində qarşılıqlı fəaliyyətin pandemiyadan əvvəlki səviyyəsi bərpa olunacaq və Azərbaycandan Belarusa, o cümlədən buradakı sanatoriya-kurort müəssisələrinə gələcəklər. Bizdə COVID-19-dan sonra reabilitasiya məsələləri təşkil olunub”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…