49 baxış
Bu yazını paylaşın
Siyasi

İqor Korotçenko: “Ermənistanın məqsədi Azərbaycanı təxribata çəkib Rusiya və KTMT-ni münaqişəyə cəlb etməkdir”

04 Oktyabr 2020

“Ermənistan Azərbaycan şəhərlərini vurmaqla təxribata əl atır. Məqsəd Bakını cavab zərbəsi ilə təxribata çəkməklə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etməkdir”.

Bu barədə Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.

“Paşinyanın taktikası: Azərbaycan şəhərlərinə zərbələr endirməklə Bakını Ermənistandakı hədəflərə cavab zərbəsinə təhrik etmək, bundan sonra isə “aqressiyanın qurbanı” kimi Rusiya və KTMT-yə kömək üçün müraciət etməkdir. Nəzərə alaq ki, Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrində yüksək dəqiqlikli silahlar yoxdur, bir sıra Azərbaycan şəhərlərindəki hərbi obyektlərə zərbələr mahiyət etibarilə dinc sakinlərin ölümü və evlərin dağıdılması məqsədi ilə atəş deməkdir”, – deyə rusiyalı hərbi ekspert vurğulayıb.

Digər bir tvitində isə Korotçenko qeyd edir ki, əhaliyə zərbə endirmək olmaz:

“Şəhərlərə zərbə endirilməsi ilə bağlı rəsmi bəyanat həddi aşmaqdır”.

O bildirib ki, bu cinayət birmənalı şəkildə Haaqa Beynəlxalq Tribunalında araşdırılmadır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…