61 baxış
Bu yazını paylaşın
Siyasi

İqlim dəyişikliyinin uşaqlara təsirinin qarşısının alınması müzakirə olunub

26 İyul 2023

BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizdə uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığına dair vəziyyətin təhlilinə həsr olunmuş “dəyirmi masa” keçirilib.

TELEJURNAL-ın  xəbərinə görə, UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Haykens vurğulayıb ki, iqlim dəyişikliyi, bunun uşaqlara təsiri və ətraf mühit sağlamlığına aid məsələlər təmsil etdiyi təşkilatın fəaliyyətinin prioritet sahələrindən biridir.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin dəstəyi ilə 2023-cü ilin mart-iyun aylarında bir qrup milli ekspert tərəfindən ölkəmizdə uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığı məsələlərinə dair çevik qiymətləndirmə aparılıb: “Aparılmış qiymətləndirmənin nəticələri, o cümlədən müvafiq problemlərin potensial həlli yollarını müzakirə etmək üçün dəyirmi masa təşkil olunub”.

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov “dəyirmi masa”nın əhəmiyyətli mövzuya həsr edildiyini deyib. Onun sözlərinə görə, səhiyyə siyasətini formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı olaraq Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığına yanaşmada praktiki mövqeyin tərəfdarı və təşviqatçısıdır. Nazir müavini əhalinin sağlamlığının qiymətləndirməsi ictimai səhiyyənin əsas istiqamətlərindən biri olduğunu bildirib. İ.Qasımov ekoloji təhlükələrin insan sağlamlığına birbaşa və dolayı təsirlərindən də bəhs edib.

Dəyirmi masada həmçinin Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri Şəhla Balayeva, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Erkin Rəhimov, ATU-nun I daxili xəstəliklər kafedrasının dosenti, Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri İsmayıl Əfəndiyev və digərləri çıxış ediblər.

Tədbirdə aparılmış təhlillərin nəticələri (əsas ekoloji problemlər, səhiyyə sisteminin təhlili, uşaqların ətraf mühit təhlükələrinə məruz qalması, havanın çirklənməsi və s.) ilə bağlı təqdimatlar edilib və müzakirələr aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…