37 baxış
Bu yazını paylaşın
İctimai

iOS üçün Google Zəlzələ Xəbərdarlığı sistemi aktiv deyil

04 İyul 2023

Google öz infrastrukturundan və texnologiyasından istifadə edərək, bütün dünyada baş verən zəlzələləri aşkar edən və istifadəçilərə xəbərdarlıq göndərən pulsuz sistem hazırlayıb.

Telejurnal  “CNN”ə istinadən xəbər verir ki, Google Android Zəlzələ Xəbərdarlıq Sistemi sayəsində vətəndaşlar zəlzələdən saniyələr əvvəl xəbərdar edilərək onların daha təhlükəsiz yerə hərəkət etməsinə şərait yaradılır.

Sözügedən proqram yalnız Android cihazları üçün əlçatandır. iOS üçün Google Zəlzələ Xəbərdarlığı sistemi aktiv deyil.

Android Zəlzələ Xəbərdarlığı Sistemi 3 milyarddan çox Android smartfonunun əksəriyyətində sarsıntıları aşkar etmək və təsirlənmiş ərazidəki Android istifadəçilərinə xəbərdarlıq göndərmək üçün akselerometrlərdən istifadə edir.

Android Zəlzələ Xəbərdarlığı Sistemini necə quraşdırmaq olar?

Android zəlzələ xəbərdarlığı sistemindən yararlanmaq üçün Wi-Fi və ya data bağlantısı aktiv olmalıdır.

Telefonunuzun Parametrlər hissəsini açın. Olduğunuz məkan (yer) > zəlzələ xəbərdarlıq bölməsini açın.

Xəbərdarlığı sarsıntı başlamazdan əvvəl, zamanı və ya sonra əldə edə bilərsiniz.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…