21 baxış
Bu yazını paylaşın
İctimai

İordaniya qəzetində Milli Qurtuluş Gününə həsr olunmuş məqalə dərc edilib

16 İyun 2022

Qahirə, 16 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

İordaniyanın “Əl Ənbat” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimovun xalqımızın Milli Qurtuluş Gününə həsr olunmuş məqaləsi dərc edilib.

məqalədə ötən əsrin 90-cı illərinin əvvəlində, sovet hakimiyyətinin süqutundan sonra Azərbaycanda yaranmış mürəkkəb vəziyyətdən bəhs olunur. Müəllif qeyd edib ki, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin müdrik siyasəti sayəsində ölkəmiz bu ağır böhrandan, parçalanma və xaosdan xilas oldu. Azərbaycanlılar öz dahi liderinin respublikanın Ali Sovetinin sədri seçildiyi 1993-cü il 15 iyun tarixini Milli Qurtuluş Günü kimi qeyd edir, bu əlamətdar gündə onun əziz xatirəsinə ehtiramlarını bir daha ifadə edirlər. Məhz Heydər Əliyev dühasının sayəsində Azərbaycan qısa müddətdə regionun lider dövlətinə, dünyada böyük nüfuzu olan ölkəyə çevrildi.

Məqalədə Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizdə aparılan siyasi və demokratik islahatlar, iqtisadi tərəqqi, dövlət quruculuğu prosesi barədə ətraflı məlumat verilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…