14 baxış
Bu yazını paylaşın
Siyasi

İordaniya mətbuatı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı və ikitərəfli əlaqələrin inkişafından yazıb

07 İyul 2022

Bakı, 7 iyul, TELEJURNAL AZƏRTAC istinadən xəbər verir ki,

İordaniyanın “Əl Ənbat”, “Cohina”, “Şaab” qəzetlərində, həmçinin Əlcəzairin “Əl Hərir” portalında Qoşulmama Hərəkatının Bakı konfransı və İordaniya-Azərbaycan əlaqələrinin inkişafı barədə silsilə məqalələr dərc olunub.

məqalələrin müəllifi iordaniyalı akademik Mərvan Suda Bakı konfransının əhəmiyyətindən bəhs edib, bu mötəbər tədbir çərçivəsində İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Əbdülkərim Feysəl Deyfullah əd-Duğmi və Senatın sədri Feysəl Akif əl-Fayezin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazir Əli Əsədov və xarici işlər naziri Ceyhun Bayramovla keçirdikləri görüşlərdə müzakirə olunan məsələləri diqqətə çatdırıb. O qeyd edib ki, İordaniya parlamentinin hər iki palatasının sədrləri ölkəmizin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması ilə bağlı təşəbbüsünün və Bakı konfransı çərçivəsində müzakirə olunan məsələlərin vacibliyindən danışıblar, eyni zamanda, İordaniyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd ediblər. Onlar dövlətlərarası əlaqələrin möhkəmlənməsində İordaniya Kralı ilə Azərbaycan Prezidenti arasındakı dostluq münasibətlərinin rolunu vurğulayıblar.

Yazılarda bildirilib ki, Baş nazir Əli Əsədovla görüşdə Azərbaycan ilə İordaniya arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Müəllif vurğulayıb ki, gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd ediləcək və bu münasibətlə təşkil olunacaq tədbirlərin böyük əhəmiyyətə malikdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…