87 baxış
Bu yazını paylaşın
Siyasi

“İnşallah belə bir məclisi Qarabağda keçirək”

20 Oktyabr 2020

Milli Məclisin bugünkü iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop çıxış edib.

“telejurnal”ın verdiyi xəbərə görə, spiker Sahibə Qafarova çıxış edərək M.Şentop və onun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayıb: “Azərbaycan və Türkiyə həmişə bir-birinə güvənib, güvənir və güvənəcək. Azərbaycan daim Türkiyəni yanında hiss edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin siyasi və hərbi rəhbərliyinin mövqeyi göstərdi ki, Azərbaycan xalqı haqq işi mübarizəsində tək deyil. Mustafa Şentopun Azərbaycanda olması da bunun bariz nümunəsidir”.

Daha sonra M.Şentop çıxış edərək bildirib ki, 1990-cı illərdən etibarən Qarabağ savaşına sahib çıxan Prezident Ərdoğanın bütün Azərbaycana salamını gətirib:

“Türkiyə Böyük Millət Məclisinin qələbəyə qədər birgə hərəkət etmə iradəsini sizə gətirmişəm. Azərbaycanın haqlı davasına və şanlı qələbəsinə dəstək olan fərqli partiyalardan olan millət vəkillərimizlə burdayıq. Bütün millət vəkillərimiz burada olmaq istərdi, inşallah belə bir məclisi torpaqlar işğaldan azad edildikdən sonra Qarabağda keçirək.

Ermənistan hücumlarında həlak olan bütün qardaşlarımızı anırıq, Allahdan rəhmət diləyirik. Əziz Azərbaycan xalqına başsağlığı və səbr diləyirik.

Türkiyə bundan sonra da haqlı davasında can qardaşlarımızın yanında olacaq. Sentyabrın 28-də Türkiyə Böyük Millət Məclisi olaraq Azərbaycanın yanında olduğumuzu bütün dünyaya elan etdik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…