28 baxış
Bu yazını paylaşın
İctimai

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi jurnalistlər üçün təlim keçirib.

20 İyul 2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal transformasiya və innovasiya ekosistemi haqqında yazan jurnalistlər üçün tanınmış ekspertlərin iştirakı ilə peşəkar təlim təşkil edib.

TELEJURNAL. az Report-a istinadən  xəbər verir ki, təlimin məqsədi Azərbaycanda müvafiq sahələrdə məqalə, xəbər və oçerklərin yazılması, reportajların hazırlanması, müsahibə alma texnikası və praktikası üzrə jurnalistlərin bilik və səriştələrini artırmaqdır.

Yerli mətbuatın aparıcı nümayəndələrinin iştirakı ilə keçirilən təlimdə rəqəmsal transformasiyanın əhəmiyyəti, bu sahədə beynəlxalq təcrübə və Azərbaycanda həyata keçirilən layihələrlə bağlı sessiyalar təşkil edilib. Təlim çərçivəsində, o cümlədən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müşavirləri Rəşad Xalıqov və Ağahüseyn Əhmədov geniş təqdimatlarla çıxış ediblər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müşaviri Rəşad Xalıqov bildirib ki, qurumun qarşısında duran əsas vəzifələrdən biri də rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi və bu istiqamətdə aidiyyatı qurumlarla əməkdaşlığın genişləndirilməsidir. Cəmiyyətdə rəqəmsallaşmanı tələb edən boşluqlar üzrə araşdırmaların aparılması və əldə olunmuş müsbət nəticələrin ictimailəşdirilməsində medianın rolu böyükdür. Təlimlər vasitəsilə Azərbaycanda rəqəmsallaşma və innovasiya ekosistemi haqqında müfəssəl yazan və araşdırma apara bilən professional jurnalistlər qrupunu formalaşdırmaq istəyirik. Ümid edirik ki, bu sahədə ixtisaslaşan jurnalistlər ölkəmizdə rəqəmsal iqtisadiyyatın quruculuğuna özünəməxsus töhfə verə biləcəklər’’.

Təlim proqramında iştirak edən 20 jurnalist təmsil etdikləri media qurumlarında və cəmiyyətdə rəqəmsallaşmaya ehtiyac duyulan prioritet sahələr üzrə, o cümlədən innovasiya ekosisteminin oyunçularının yerli mətbuatın işinə verə biləcəyi töhfələr mövzusunda qrup müzakirələrində fəal iştirak edib. Proqramın sonunda Agentliyin rəhbərliyi jurnalistlərə sertifikatlar və xatirə hədiyyələri təqdim edib.

‘’İki günlük təlim proqramımız jurnalistlərin qarşıdan gələn peşə bayramı ərəfəsinə təsadüf edir. Maarifçilik bütün dövrlərdə intibahın əsas lokomotivi olub. Agentlik olaraq innovasiya sahəsində peşəkar insan kapitalının formalaşmasına təkan vermək niyyətindəyik. Yerli media nümayəndələri üçün təşkil etdiyimiz təlim əməkdaşlığın ilkin mərhələsidir. Əminəm ki, dahi ədibimiz Həsən bəy Zərdabinin bugünkü davamçıları müasir çağrışlara cavab olaraq innovativ sahibkarlıq təfəkkürünü, yenilikçiliyi, davamlı inkişafı cəmiyyətə aşılamaqla tarixi missiyalarını uğurla davam etdirəcək’’, – qurumun sədr əvəzi İnarə Vəliyeva qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…