24 baxış
Bu yazını paylaşın
İctimai

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bəzi universitetlərlə əməkdaşlıq edəcək

13 Sentyabr 2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində bir sıra universitetlərlə əməkdaşlıq etməyi planlaşdırır.

“TELEJURNAL.AZ” “Report”a  istinadən xəbər verir ki, bunu “Technest”in 2021-2022 tədris ilinin yekunları və gələcək fəaliyyət planı ilə bağlı bu gün keçirilən mətbuat konfransında layihə rəhbəri Fatimə Ələkbərova deyib.

Onun sözlərinə görə, yaxın günlərdə həmin təhsil müəssisələrinin adları açıqlanacaq.

Agentliyin “Bacarıq və səriştələrin təkmilləşdirilməsi proqramları” departamentinin rəhbəri Elnarə Əliza isə əlavə edib ki, Təqaüd Proqramının icra edildiyi 1 il ərzində ondan 30 ixtisas üzrə 57%-i kişi, 43%-i qadın olmaqla 700-dən çox vətəndaş yararlanıb. Bunlardan isə 200 nəfəri işlə təmin olunub.

“Gənclərin İKT sahəsində mütəxəssis kimi yetişməsi və onların intensiv təhsili üçün təqaüd təqdim edən “Technest” yarandığı gündən bu sahədə peşəkar kadr siyasətini həyata keçirir. Hər kəs üçün əlçatan təhsil imkanı yaradan proqramından 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalana bilər. “Technest” 2022-2023 tədris ili üçün təqaüdçü sayını 2 000 nəfərə çatdırmağı hədəfləyir.

Technest”in bu il üçün əsas məqsədlərindən biri Azərbaycanda İKT savadlılığını artırmaq, bu sahə üzrə yerlərdə intensiv və peşəkar tədrislərin keçirilməsini təmin etməkdir. Məhz bu istiqamətdə, Təqaüd Proqramı daha geniş coğrafiyalara yayılaraq növbəti regionların Gəncə, Mingəçevir, Lənkəran, Zaqatala, Naxçıvan olmasını hədəfləyir. Proqramın ilk ilində pilot layihə olaraq Sabirabadda veb-proqramlaşdırma üzrə təlimlər həyata keçirilir.

2022-2023 tədris ilində ixtisasların sayının 50-dən yuxarı olması planlaşdırılır. Əmək bazarında tələb yaranan sahələr üzrə ehtiyacın ödənməsini nəzərə alaraq, data analitika, 3D dizayn, üst səviyyə proqramlaşdırma, data elmi, rəqəmsal marketinq, oyunların hazırlanması, testinq, sistem və şəbəkə inzibatçılığı kimi kurslar araşdırılaraq yeni akademik ilin planına daxil edilib, onlardan bir hissəsinə qeydiyyat artıq elan olunub”, – deyə o, qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…