23 baxış
Bu yazını paylaşın
Dünya

İndoneziya və ABŞ-ın birgə təlimlərində 12 ölkədən hərbçilər iştirak edəcək.

25 İyul 2022

Avqustun 1-14-də Sumatra və Borneo adalarında (Kalimantan) keçiriləcək İndoneziya və ABŞ-ın birgə təlimlərində 12 ölkədən olan 4 mindən çox hərbçi iştirak edəcək.

TELEJURNAL. az AZƏRTAC-a  istinadla xəbər verir ki, 2009-cu ildən keçirilən “Super Garuda Shield” manevrlərində 2 min indoneziyalı və 1100 amerikalı hərbçinin iştirakı gözlənilir. Əvvəllər təlimlərə yalnız quru qoşunlarının nümayəndələri cəlb olunurdu, indi isə onlara Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və xüsusi təyinatlılar da qoşulacaq.

Manevrlərdə İndoneziya və ABŞ-la yanaşı, Avstraliya, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya və bir sıra digər dövlətlərin də iştirakı gözlənilir. İndoneziya komandanlığının məlumatına görə, təlimlərin məqsədi təhlükəsizliyin təmin edilməsi, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və humanitar yardımın göstərilməsi üzrə məsələlərin işlənib hazırlanmasıdır.

Kyodo agentliyi Çinin regionda və xüsusən də Cənub Çin dənizində mövqelərinin güclənməsi fonunda “Super Garuda Shield” təlimlərinin vacibliyini qeyd edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…