80 baxış
Bu yazını paylaşın
Dünya

İndoneziya Prezidenti Coko Vidodo Ukraynaya səfər edib

30 İyun 2022

Kiyev, 30 iyun,TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

İndoneziya Prezidenti Coko Vidodo Ukraynaya səfər edib.

işgüzar səfər çərçivəsində İndoneziya Prezidenti İrpen şəhərində olub. O, Ukraynada şəhərin dağıntıları ilə tanış olub.

Sonra Kiyevdə Ukrayna və İndoneziya prezidentləri arasında görüş keçirilib.

“Tərəfdaşlarımızın səfərləri dayanmır. Bu gün Kiyevdə İndoneziya prezidenti Coko Vidodo ilə görüşdüm. Sağ olun ki, dövlətimiz üçün bu çətin zamanda xalqınızın və ölkənizin dəstəyini hiss edirik!”, – deyə Ukrayna Prezidenti Volodimir Zelenski birgə brifinqdə söyləyib.

Zelenski, həmçinin vurğulayıb ki, Ukraynanın G20 sammitində iştirakı iki əsas amildən, Ukraynadakı təhlükəsizlik vəziyyətindən və sammit iştirakçılarının tərkibindən asılı olacaq.

Eyni zamanda, Vidodo qeyd edib ki, Zelenski ilə danışıqlar zamanı şəxsən onu G20 sammitinin üzvü olmağa dəvət edib.

“Bundan başqa Prezident Zelenskiyə çatdırdım ki, Ukrayna qlobal ərzaq təhlükəsizliyində çox vacibdir, ona görə də Ukraynadan taxılın maneəsiz ixracını təmin etmək və Ukrayna dəniz limanları vasitəsilə də ixracı təmin etmək üçün bütün maraqlı tərəflərin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi etmək lazımdır”, – deyə Coko Vidodo birgə brifinqdə bildirib

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…