29 baxış
Bu yazını paylaşın
İctimai

İndiyədək qazi və şəhid ailələrinin 6,5 milyon manatlıq borcları ödənilib.

25 İyul 2022

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) toplanan vəsait hesabına indiyədək qazi və şəhid ailələrinin 6,5 milyon manatlıq borcları ödənilib.

TELEJURNAL. az Report-a  istinadən xəbər verir ki, vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf edilib.

Belə ki, fonda toplanan vəsaitdən öhdəliyə götürülmüş şəxslərin məişət şəraitinin yaxşılaşdırılması üçün 37 568 200,00 manat xərclənib.

Tibbi xərclərin ödənilməsi üçün 18 738 906,08 manat, borc öhdəliklərinin qarşılanması üçün 6 594 437,06 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün isə 814 884,39 manat sərf olunub.

Evin təmiri üçün 20 516 700,00, müalicə xərcinin qarşılanması üçün 17 243 935,21, bank borcları üçün 6 267 199,10, qeyri-bank borcları üçün 327 297,96, təhsil haqqının ödənilməsi üçün 559 598,78 manat və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə vəsaitlər sərf olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…