33 baxış
Bu yazını paylaşın
İdman

“İndi mənə layiq olduğum qiyməti verin!” – Qvardiola

11 İyun 2023

“Bütün dünya deyirdi ki, biz bunu edə bilməyəcəyik, kifayət qədər güclü deyilik. Ola bilsin ki, məni yetərincə bacarıqlı saymırdılar”.

Telejurnal Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının finalında “İnter” üzərindəki qələbədən (1:0) sonra deyib.

“Düşündüm ki, biz böyük işlər görürük. Mən yaxşı məşqçiyəm. Amma hər mövsüm Çempionlar Liqasını qazanacaq qədər də yaxşı deyiləm. Çempionlar Liqasını sevirəm, çünki o, bir tarixdir. Amma indi mənə son altı il ərzində beş dəfə Premyer Liqa titulunu qazandığım üçün layiq olduğum qiyməti verin” – deyə Qvardiola oyundan sonrakı mətbuat konfransında bildirib.

Xosep Qvardiola oyunların sıx təqvimindən də danışıb:

“Növbəti mövsüm haqqında düşünməyə gücüm yoxdur, bu mümkün deyil. Bizə fasilə lazımdır. Artıq futbolçularımızın beynəlxalq oyunları var. UEFA və FİFA, bu haqfa fikirləşin. Premyer Liqa iki-üç həftə əvvəl başa çatdı. indi oyunçular milli komandalara qayıtmalıdırlar”.

Xatırladaq ki, iyunda Avropa çempionatının seçmə mərhələsinin oyunları keçiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…