62 baxış
Bu yazını paylaşın
Uncategorized

“İndi deyirlər yeni təmas xətti olacaq, olmayacaq!” – İlham Əliyev

09 Oktyabr 2020

“Mən dəfələrlə şəhid valideynləri ilə görüşlərdə demişdim ki, biz onların qisasını alacağıq, bizim şəhidlərin qanı yerdə qalmayacaq və qalmır”.

“telejurnal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

O bildirib ki, biz qan istəmirik, biz istəyirik torpaqlarımız geri verilsin: “Verilsin, uzatmasınlar məsələni. Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Mən dəyişdirdim status-kvonu, bax orada, döyüş meydanında. Təmas xətti… Yoxdur təmas xətti, yarmışıq onu. 30 il onlar bu təmas xəttini qururdular. Özü də o bölgənin relyefi belədir ki, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. 30 il ərzində beton istehkamlar qurulub, yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim, heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. İndi deyirlər yeni təmas xətti olacaq, olmayacaq. Biz torpaqlarımızı geri alacağıq. Təmas xəttini biz dağıtmışıq, biz eləmişik, iradə göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq. Və bu gün tarixi qələbə çalırıq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…