72 baxış
Bu yazını paylaşın
İctimai

İnam Kərimov məhkəmələrin və hakimlərin təminatının gücləndirilməsi ilə bağlı görülən işlərdən danışıb

20 Aprel 2023

“Son illərdə məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər görülüb”.

TELEJURNAL-ın xəbərinə görə, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Ali Məhkəmədə Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyası ilə görüş zamanı deyib.

O bildirib ki, “Məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunan sonuncu böyük həcmli islahatlar “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanın qəbulu ilə başlayıb: “Bu sənədin icrası ilə əlaqədar ölkəmizdə ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi və hüquqların məhkəmədə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərib.

“Aparılan islahatlar nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının strukturu və ştat cədvəli yenidən müəyyən edilib. Yeni strukturda məhkəmə aparatı gücləndirilib ki, bu da vahid məhkəmə təcrübəsinin formalaşması və tətbiqinə dəstək vermək məqsədi daşıyır”, – Ali Məhkəmənin sədri vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…