15 baxış
Bu yazını paylaşın
İctimai

İnam Kərimov: “Konstitusiya Məhkəməsi ölkəmizdə demokratiyanın inkişafına böyük töhfə verib”

04 İyul 2023

“Konstitusiya Məhkəməsi ölkəmizdə demokratiyanın inkişafına və dövlətçilik ənənələrimizin möhkəmlənməsinə önəmli töhfə verib”.

Telejurnal-ın  xəbərinə görə, bunu Ali Məhkəmənin sədri İnam Kərimov iyulun 4-də Bakıda “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin yaradılması hüquqi dövlət quruculuğunun inkişafına təkan verən mühüm bir addım olub:

“Konstitusiya ölkənin siyasi mədəniyyətinin tərkib hissəsi kimi onun funksionallığının əsasını təşkil edir. Konstitusiya həmçinin ölkənin ən ali qanunu olmaqla, demokratik cəmiyyətdə hüquq və azadlıqların sərhədlərini də müəyyən edir”.

İ.Kərimov qeyd edib ki, bir sıra konstitusiya normalarının rəsmi şərhi, müxtəlif sahələr üzrə qanunvericiliyin şərhi ilə Konstitusiya Məhkəməsi ölkəmizdə hüququn inkişafında mühüm rol oynayır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…