84 baxış
Bu yazını paylaşın
Siyasi

İlqar Vəlizadə: Ermənistanın baş nazir Nikol Paşinyan xalqını, beynəlxalq ictimaiyyəti növbəti dəfə aldadır

24 Noyabr 2021

Ermənistanın baş nazir Nikol Paşinyan xalqını, beynəlxalq ictimaiyyəti növbəti dəfə aldadır, reallıqları öz istədiyi kimi göstərməyə cəhd edir. Paşinyan reallıqları təhrif edərək belə bir mənzərə yaratmaq istəyir ki, guya Azərbaycan Zəngəzur dəhlizini yaratmaqla Ermənistanın ərazisinə göz tikib. Bu cəfəng və yanlış fikirlər ona hesablanıb ki, beynəlxalq ictimaiyyətin bununla bağlı təəssübkeşliyini əldə etsin və Azərbaycana təzyiq göstərsin. Eyni zamanda, Nikol Paşinyan sərhəddə gedən prosesləri də yenə təhrif olunmuş formada təqdim edərək belə bir mənzərə yaratmağa çalışır ki, guya Azərbaycan Ermənistan torpaqlarını işğal edir. Hərçənd ki, məhz Ermənistan Azərbaycanın Qazax istiqamətində yeddi, Naxçıvan istiqamətində bir kəndini işğal altında saxlamaqda davam edir.

‘TELEJURNAL’ xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

“Əslində, üçtərəfli Bəyanatda əks olunan 9-cu bənddə Zəngəzur dəhlizi ilə bağlı hər şey aydın yazılıb. Orada göstərilib ki, Azərbaycanın qərb rayonları Naxçıvan Muxtar Respublikası ilə müvafiq yollarla birləşir, rabitələr yaradılır, beləliklə, regionda bütün kommunikasiyalar açılır. Yəni, sovetlər dövründə mövcud olan bütün dəhlizlər, kommunikasiyalar, həm avtomobil, həm də dəmir yolları açılmalıdır. Nikol Paşinyan isə belə bir ifadə işlədib ki, guya hansı kommunikasiyaların açılmasını məhz Ermənistan müəyyənləşdirməlidir. Bu da cəfəng bir fikirdir. Ona görə də üçtərəfli komissiya bütün bu məsələlərə aydınlıq gətirəcək. Regional liderlərin “kommunikasiyalar açılmalıdır və regionun bütün ölkələrinə xeyir gətirməlidir” kimi ümumi yanaşması qalib gələcək”, – deyə İlqar Vəlizadə qeyd edib.

https://azertag.az/xeber/Ilqar_Velizade_Ermenistanin_bas_nazir_Nikol_Pasinyan_xalqini_beynelxalq_ictimaiyyeti_novbeti_defe_aldadir-1934386

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…