38 baxış
Bu yazını paylaşın
Dünya

İlin əvvəlindən İtaliyada 27,8 min hektardan çox yaşıllıq sahəsi yanıb.

25 İyul 2022

İtaliyada ilin əvvəlindən bəri baş verən yanğınlar nəticəsində hektarla ərazini əhatə edən yaşıllıq sahəsi məhv olub.

TELEJURNAL. az AZƏRTAC-a istinadən  xəbər verir ki, cari ildə ölkədə baş verən 243 yanğın zamanı 27 min 883 hektar meşə sahəsi yararsız hala düşüb.

Hazırda İtaliyanın müxtəlif bölgələrində meşə yanğınları davam edir. Keçən həftə ölkənin şimal-şərqində, Sloveniya ilə sərhəddəki Gorizia şəhərinin Karso bölgəsində başlayan yanğın hazırda nəzarət altına alınıb. Sloveniyada davam edən meşə yanğınının İtaliya ərazisinə keçmə ehtimalı səbəbindən sərhəd bölgəsində risk altında olan 300 nəfər ərazidən təxliyə edilib.

Toskana regionunda isə Maremma şəhəri ətrafında və Qrosseto şəhəri yaxınlığında meşə yanğınları baş verib, əraziyə xeyli sayda canlı qüvvə və helikopterlər cəlb olunub.

Qeyd edək ki, İtaliyada bir neçə gündür davam edən anomal istilər səbəbindən bəzi şəhərlərdə “qırmızı” həyəcan siqnalı elan olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…