57 baxış
Bu yazını paylaşın
Siyasi

İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

09 Aprel 2022

Aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, məlumatı Kremlin Mətbuat Xidməti yayıb.

Dövlət başçıları Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işlərə başlanılmasını müzakirə ediblər.

Prezident İlham Əliyev və Vladimir Putin Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların icrası vəziyyəti barədə fikir mübadiləsi aparıblar.

Məlumata görə, dövlət başçıları, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 6-da Brüsseldə keçirilən görüşün nəticələrini müzakirə ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…