112 baxış
Bu yazını paylaşın
Siyasi

İlham Əliyevdən Paşinyana dərs olacaq cavab

27 May 2023

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib.

“Telejurnal” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib.

Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclası Prezident İlham Əliyevin Nikol Paşinyanı növbəti dəfə beynəlxalq arenada öz nitqi ilə ifşa etməsi və diplomatik rinqdə növbəti dəfə qalib gəlməsi ilə yadda qaldı.

Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasını Rusiya Prezidenti Vladimir Putin açıb.

 Azərbaycan Prezidentinin Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak etdiyini vurğulayan Rusiya Prezidenti bildirib:

– Mənim üçün qeyd etmək xoşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev bugünkü iclasda ilk dəfədir qonaq qismində iştirak edir. Mən onu və Azərbaycan nümayəndə heyətini salamlamaq istərdim.

Sonra Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edən üzv dövlətlərin başçıları çıxış ediblər.

Daha sonra Rusiya prezidenti Vladimir Putin sözü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verib.İlham Əliyev çıxışında ilk olaraq dəvətə görə Rusiya prezidenti Vladimir Putinə təşəkkürünü bildirib daha sonra o, Azərbaycanın iqtisadi inkişafından,Azərbaycanın Ermənistan xaric Ali Avrasiya İqtisadi Birliyinin üzvləri ilə 30 illik uğurlu əməkdaşlığından bəhs edib.İlham Əliyev həmçinin həmin gün Rusiyanın təşəbbüsü ilə baş tutacaq Rusiya,Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşünü vurğulayıb.

Prezident ölkənin daxili və xarici siyasətinin inkişafı ilə bağlı statistik məlumatları iclas iştirakçılarına bildirib.Ölkə başçısı çıxışında deyib:

Həmkarlarıma məlumat vermək istəyirəm ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bu, xüsusilə vacibdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Bildirməyə şadam ki, Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda bizim Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.

Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir.

Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir. Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsinə gəlincə, bu məsələ uğurla həll olunur. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır. İxracata gəlincə, qeyri-xammal sektorunun ixracını artırmaqdan ötrü biz hələ fəal işləməliyik.

Baxmayaraq ki, işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir, demoqrafik artım, – son 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxıb, – yeni iş yerlərinin yaradılması üzrə fəal səylər tələb edir. Biz, əlbəttə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda, – biz bunu uğurla edirik, – həm də çoxtərəfli formatda möhkəmləndirmək fikrindəyik.

Artıq qeyd olunduğu kimi, mən Avrasiya İqtisadi Birliyinin sammitində ilk dəfədir iştirak edirəm. Halbuki, biz Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin başçıları ilə həm Müstəqil Dövlətlər Birliyinin sammitləri çərçivəsində, həm də ikitərəfli formatda müntəzəm görüşürük. Buna görə də, baxmayaraq mən ilk dəfədir qonaq qismində iştirak edirəm, lakin yəqin ki, burada qonaq deyiləm. Bu gün bizim ünsiyyət qurmaq imkanımız oldu, ünsiyyətimiz davam edəcək. Vladimir Vladimiroviç, sonda bir daha Sizə dəvət üçün, eləcə də bütün həmkarlarıma bu dəvəti dəstəklədiklərinə görə təşəkkür etmək istərdim. Sağ olun.

Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevə təşəkkürünü bildirib və Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasına üzv olan ölkələrlə iqtisadi münasibətlərini yüksək qiymətləndirib.

İclasın gedişində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan kiçik bir replikasının olduğunu bildirərək söz istəyib.O İlham Əliyevi çıxışında Ermənistana qarşı ərazi iddiaları irəli sürməkdə günahlandırıb.Nikol.Paşinyan sözlərinə əlavə edib: 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinin yerinə yetirilməsi çərçivəsində istifadə olunur. Vurğulamaq istərdim ki, bu Bəyanatda təkcə bir dəhliz haqqında deyilir və bu, Laçın dəhlizidir. O, Rusiya sülhməramlılarının nəzarəti altında olmalı idi, lakin təəssüf ki, Azərbaycan tərəfindən qanunsuz olaraq bloklanıb. Digər tərəfdən, Ermənistan Respublikasının regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların və Ermənistan Respublikasının ərazisindən keçən kommunikasiyaların blokadadan çıxarılmasına hazır olduğunu vurğulamaq istəyirəm. Biz bunu erməni yolayrıcı adlandırırıq. Biz regional kommunikasiyaların onların keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində açılmasına hazırıq. Mən 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində və 2021-ci il 11 yanvar tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan nəqliyyat, iqtisadi kommunikasiyaları nəzərdə tuturam. Sağ olun.

Rusiya Prezidenti Baş nazirin sözlərinə cavab olaraq bildirib ki,Prezident İlham Əliyev çıxışında məhz hələ 1991-ci ildən təsdiq olunmuş sazişlərlə uyğun şəkildə müvafiq sərhədlərin tanınması ilə bağlı şəraitin yaradılmasından danışdı.Vladimir Putin həmçinin Azərbaycanla Ermənistan arasında müvafiq,o cümlədən nəqliyyat kommunikasiyaları üzrə razılaşmalara nail oluna biləcəyini də bildirib.

Baş nazirin heç bir səbəb olmadan İlham Əliyevi gunahlandirmasina ölkə başçısı səssiz qalmır və həmin tarixi cavabı verir: Mən, əlbəttə, diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün yaxşı səy göstərmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Vladimir Vladimiroviçin dediyi kimi və Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var. Sağ olun.

İstədiyi nəticəni ala bilməyən baş nazir sözlərində yenə ittihama əl atıb.Bu dəfə Paşinyan Azərbaycanı Laçın dəhlizini qanunsuz bloklamaqda günahlandırıb.O bildirib ki,üçtərəfli Bəyanata əsasən Laçın dəhlizi Rusiya Federasiyasının nəzarəti altında olmalıdır.Lakin Azərbaycan Bəyanatı pozaraq Rusiya Sülhməramlılarının nəzarətində olan bu dəhlizi bloklayıb.O sözlərinə əlavə edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımaqla bağlı razılaşıblar. Demək olar ki, biz bu əsasda münasibətlərimizin nizama salınması istiqamətində kifayət qədər yaxşı irəliləyirik. Ümidvaram ki, “Dağlıq Qarabağ” sakinlərinin hüquqları və təhlükəsizliyi məsələsinin beynəlxalq mexanizmlər çərçivəsində həlli üçün tezliklə Bakı və “Stepanakert” arasında normal, konstruktiv dialoq başlayacaq

Nikol Paşinyanın növbəti ittihamlarını da cavabsız qoymayan prezident bildirib ki,Azərbaycan Laçın dəhlizini bloklamayıb.Laçın-Xankəndi yolu açıqdır. Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir.Həmçinin İlham Əliyev Nikol Paşinyana ünvanlayaraq bildirib ki,kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil.

Baş nazir Nikol Paşinyan qeyri-səlis nitqli ilə bir neçə yalan uyduraraq İlham Əliyevi ifşa etməyə çalışsa da onun bu xain planı baş tutmadı.İlham Əliyev savadlı,tutarlı və səlis nitqi ilə Baş naziri susdurmağı bacardı.Prezident dünya mediasına bir daha Azərbaycanın gücünü göstərdi.Diplomatik arenada siyasi iradəsi və yüksək intellekti ilə düşməni susdurmağı bacaran İlham Əliyev bir daha nümayiş etdirdi ki,Azərbaycan düşmənin əsası olmayan ittihamları və böhtanları qarşısında susmayacaq.

Bir sözlə,Azərbaycan Prezidenti Ermənistanın baş nazirini bu dəfə də uğursuzluğa məhkum etdi.

Səidə Ramazanova

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…