12 baxış
Bu yazını paylaşın
Siyasi

İlham Əliyev: “Ulu Öndər Azərbaycan-Misir əlaqələrinin inkişafında böyük xidmətlər göstərib”

15 May 2023

Ulu Öndər Azərbaycanın dövlət quruculuğunda müstəsna rol oynamış bir şəxsiyyətdir və eyni zamanda, Azərbaycan-Misir əlaqələrinin inkişafında böyük xidmətlər göstərib.

Telejurnal xəbər verir ki, bunu Prezident İlham Əliyev Misir parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebalini qəbul edərkən deyib.

Dövlət başçısı misirli qonağa Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirib.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərini məmnunluqla xatırladan Prezident İlham Əliyev qeyd edib ki, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı, enerji, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bu səfər əlaqələrimizin inkişafına ciddi təkan verib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…