32 baxış
Bu yazını paylaşın
Siyasi

İlham Əliyev Rusiya Prezidentinin köməkçisini qəbul edib

12 İyun 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib.

Telejurnal  xəbər verir ki, Prezident İlham Əliyev 12 İyun – Rusiya Günü münasibətilə təbriklərini çatdırıb.

İqor Levitin təbriklərə görə təşəkkür edib. O, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib.

İqor Levitin Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, Ulu Öndərin 100 illiyinin Rusiyada geniş şəkildə qeyd olunduğunu məmnunluqla vurğulayıb.

Görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.

Söhbət zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə qarşılıqlı səylərin davam etdirilməsi, yük həcmlərinin artırılması, Azərbaycan ərazisində müvafiq infrastrukturdan istifadə imkanları, müasir nəqliyyat habına çevrilən ölkəmizin ərazisindən Bakı-Tbilisi-Qars və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə daşımalar barədə fikir mübadiləsi aparılıb.

Gələcəkdə Zəngəzur dəhlizinin potensialından Rusiyanın istifadə imkanlarının araşdırılması ilə əlaqədar məsələlər müzakirə olunub. Azərbaycanda müasir gəmiqayırma sahəsinin imkanlarından istifadə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…