97 baxış
Bu yazını paylaşın
Siyasi

İlham Əliyev qəbul keçirdi

22 Noyabr 2021

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 22-də Koreya Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edib.

“Qafqazinfo”a istinadən ‘ TELEJURNAL’  xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimiz arasında mütəmadi təmasların olmasından məmnunluğunu ifadə edərək, bunu hər iki tərəfdə əməkdaşlığın dərinləşməsi üçün qarşılıqlı marağın göstəricisi kimi qiymətləndirib. Dövlət başçısı əminliyi bildirib ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması bütün digər sahələrdə də əməkdaşlıq üçün müsbət təsirini göstərəcək.

İqtisadi əməkdaşlığa toxunan Prezident İlham Əliyev Koreya şirkətlərinin ölkəmizdə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiklərini bildirərək, böyük sənaye infrastrukturu layihələrinin icrasında bu şirkətlərin fəaliyyətini qeyd etdi və Bakının müasir memarlıq obrazında Koreya şirkətlərinin də payı olduğunu deyib.

 

Dövlət başçısı yaxın vaxtlarda Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək

işlərlə bağlı Koreya Respublikasında təqdimatın keçiriləcəyini vurğulayaraq bildirib ki, bundan məqsəd Koreya şirkətlərinin azad olunmuş torpaqlarda işlərə cəlb edilməsindən ibarətdir. Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın müntəzəm olaraq şəhər və kəndlərimizi dağıtdığını qeyd edib, Zəfərdən sonra həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinin başlandığını deyib, Azərbaycana dost ölkələrin şirkətlərinin bu işlərə dəvət edildiyini bildirib. Vurğulayıb ki, Koreyada bu təqdimatın keçirilməsi də ölkələrimiz arasında dostluq münasibətlərini bir daha təsdiq edir.

 

Prezident İlham Əliyev Çong Soo Parkın səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Park xoş sözlərə görə minnətdarlığını bildirərək rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Koreyanın yeni şimal siyasəti 14 ölkəni əhatə edir və bu ölkələr sırasında Azərbaycan ən qərbdə yerləşən ölkədir. Koreya ilə Azərbaycan arasında bir çox oxşar cəhətlərin, o cümlədən geosiyasi mövqe cəhətdən oxşarlıqların olduğunu vurğulayan Çong Soo Park Koreyanın qitə və okeanları birləşdirən strateji yerdə, öz növbəsində Azərbaycanın isə müxtəlif beynəlxalq istiqamətləri birləşdirən nəqliyyat mərkəzind

ə yerləşdiyini və Xəzər dənizi ətrafında nəqliyyat mərkəzi olduğunu məmnunluqla bildirib.

Görüşdə Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində rolu qeyd olundu, ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin iqtisadi zonalar arasında əməkdaşlıq imkanlarına toxunulub. Müxtəlif sahələrdə, o cümlədən bərpa olunan enerji, nəqliyyat, logistika və turizm sahələrində əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…