69 baxış
Bu yazını paylaşın
Siyasi

İlham Əliyev Nikolsonla görüşdü

29 May 2023

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.

 

“Telejurnal” xəbər verir ki, Baronessa Emma Nikolson Bakı Enerji Həftəsi ilə bağlı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın məktubunu dövlət başçısına təqdim edib.

 

Prezident İlham Əliyev məktuba görə minnətdarlığını bildirib.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olundu, energetika, neft-qaz sektorunda əməkdaşlığa toxunuldu, uzun illər Azərbaycan ilə BP arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı, bu xüsusda Cənub Qaz Dəhlizinin icrasının önəmi qeyd edilib.

 

Görüşdə Baronessa Emma Nikolsonun Bakı Enerji Həftəsində iştirak edəcəyi məmnunluqla vurğulanıb.

 

Söhbət zamanı ticarət, kiçik və orta biznes, sosial layihələrin həyata keçirilməsi, humanitar əlaqələr, qadın hüquqların qorunması sahəsində təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…