17 baxış
Bu yazını paylaşın
Siyasi

İlham Əliyev: “Getdikcə daha çox Avropa ölkəsi Azərbaycanla fəal əməkdaşlıq edir”

31 May 2023

“Getdikcə daha çox Avropa ölkəsi Azərbaycanla fəal əməkdaşlıq edir”.

 

TELEJURNAL xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı deyib.

 

“Fəxr edirik ki, Avropa İttifaqının (Aİ) yüksək vəzifəli rəsmiləri Azərbaycanı etibarlı tərəfdaş adlandırırlar və qeyd etməliyəm ki, bu, doğrudur”, – dövlət başçısı bildirib.

 

“Qeyd etdiyim kimi ötən ilin iyul ayında Aİ və Azərbaycan arasında enerji sektorunda strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb. Biz 2027-ci ilə qədər Aİ bazarına qaz tədarükünü iki dəfə artırmağı planlaşdırırıq. Bu, tamamilə realdır”, – Prezident İlham Əliyev bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…