47 baxış
Bu yazını paylaşın
Siyasi

İlham Əliyev: “Azərbaycanla Misir arasında əlaqələr konstruktiv məcrada inkişaf edib”

29 Mart 2022

Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlığın, dövlətlərarası münasibətlərimizin bugünkü səviyyəsi məmnunluq doğurur və bu münasibətlər bizim üçün çox əhəmiyyətlidir.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ünvanlandığı təbrik məktubunda yer alıb.

Məktubda qeyd olunub: “Ötən illər ərzində Azərbaycan ilə Misir arasında əlaqələr ikitərəfli və çoxtərəfli qaydada konstruktiv məcrada inkişaf etmişdir. Bu mənada Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.

İnanıram ki, qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da dost ölkələrimizin və xalqlarımızın mənafeyi naminə möhkəmlənəcək və genişlənəcəkdir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…