29 baxış
Bu yazını paylaşın
Siyasi

İlham Əliyev: “Azərbaycan-Özbəkistan münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk”

10 İyul 2023

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti vəzifəsinə keçirilən növbədənkənar seçkilərdə qazandığı parlaq qələbə münasibətilə Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.

Telejurnal  xəbər verir ki, dövlətimizin başçısı səsvermənin nəticələrinin milli iradənin ifadəsinin, Özbəkistan vətəndaşlarının Şavkat Mirziyoyevə olan sonsuz etimadının, inamının və hörmətinin, onun Özbəkistanın hərtərəfli inkişafı, rifahı və tərəqqisi naminə yürütdüyü siyasi xəttə geniş xalq dəstəyinin bariz təzahürü olduğunu qeyd edib.

“Biz ortaq tarixi-mədəni köklər, qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Özbəkistan münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Xalqlarımızın iradə və məramından qaynaqlanan, qarşılıqlı inam və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi, tərəfdaşlığımızın yüksələn xətlə inkişaf etməsi xüsusi məmnunluq doğurur”, – deyə dövlət başçısı vurğulayıb.

Son dövrdə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının, qarşılıqlı faydalı əməkdaşlığın inkişafında yeni istiqamətlərin müəyyənləşdirilməsinin sevindirici hal olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirib: “Əminəm ki, birgə səylərimizlə qardaş ölkələr və etibarlı tərəfdaşlar olan Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq münasibətlərinin inkişafına, çoxşaxəli əməkdaşlığın genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…