30 baxış
Bu yazını paylaşın
Siyasi

İlham Əliyev: “Azərbaycan-İsrail əlaqələri sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır”

08 Aprel 2022

“Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa ünvanladığı məktubda öz əksini tapıb.

“Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən 30 ildə siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf etmiş, dostluq əlaqələrimiz daha da möhkəmlənmişdir. Azərbaycanda əsrlərdən bəri mehribanlıq, əmin-amanlıq və harmoniya şəraitində yaşayan yəhudi icması, həm İsraildə, həm də dünyanın digər ölkələrində məskunlaşmış yəhudi əsilli həmvətənlərimiz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə öz töhfələrini verməkdədilər.

Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, bir-birinə böyük rəğbət bəsləyən xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ənənəvi dostluq əlaqələrimizin, səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik”, – məktubda qeyd olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…