33 baxış
Bu yazını paylaşın
Siyasi

İlham Əliyev: “Azərbaycan-Bolqarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk”

03 Mart 2023

 

“Biz Azərbaycan-Bolqarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk”.

TELEJURNAL xəbər verir ki, bu, Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevə ünvanladığı təbrik məktubunda yer alıb.

“Dost ölkə və strateji tərəfdaşımız olan Bolqarıstanla yüksək səviyyəli siyasi dialoqumuz, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə dinamik inkişaf edən münasibətlərimiz, səmərəli əməkdaşlığımız və bir çox sahələrdə əldə etdiyimiz nailiyyətlər bizi sevindirir.

Keçən ilin oktyabrında Bolqarıstana etdiyim rəsmi səfərin nəticələri, eyni zamanda səfər çərçivəsində Avropanın enerji təhlükəsizliyinə töhfə verən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi strateji tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir. Enerji sektorunda səmərəli işbirliyimizin ticarət, nəqliyyat, logistika, sərmayə, yüksək texnologiyalar, turizm və digər sahələr və istiqamətlər üzrə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyimi ifadə edirəm”, – məktubda qeyd olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…